Əsas səhifə > BDRNK > 1941-45-ci il Böyük Vətən Müharibəsi

1941-45-ci il Böyük Vətən Müharibəsi

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbədən 66 il keçir. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 223-cü və 77-ci diviziyalar şərəfli döyüş yolu keçmişdir. 402-ci atıcı diviziyası Naxçıvanda formalaşaraq birbaşa cəbhəyə yola salınmışdı. 223-cü diviziya Macarıstan və Yuqoslaviyanın faşistlərdən təmizlənməsində böyük qəhrəmanlıqlar göstərmişdir. 416-cı diviziyanın əsgərləri isə Berlində ilk qələbə bayrağını qaldıranların sırasında olmuşlar. Bütövlükdə Rusiya, Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların və Şərqi Avropanın faşist əsarətindən azad olunmasında, Alman faşizminə qarşı genişlənən müqavimət hərəkatının uğur qazanmasında azərbaycanlı oğul və qızlarımız mühüm rol oynamışlar.
Bu bir faktdır ki, Azərbaycanın neft-yanacaq potensialı olmasaydı, məşhur azərbaycanlı alim Yusif Məmmədəliyev yüksək oktanlı benzini kəşf etməsəydi “motorlar müharibəsi” kimi tarixə düşən ikinci dünya müharibəsində faşizm üzərində qələbə əldə edilə bilməzdi.
«Hitler faşizminə qarşı mübarizədə Azərbaycan xalqı qəhrəmanlıq, şücaət göstərmiş və tariximizə çox dəyərli səhifələr yazmışlar. Bu qəhrəmanlıq heç vaxt unudulmayacaq, daim xalqımızın qəlbində yaşayacaqdır».
Sonda öz sözlərimlə bitirmək istəyirəm.1941-45-ci il də Böyük Vətən Müharibəsi iştirakçılardan biri olan adını fəxrnən daşıdıqım babam Hüseynov Cəlil Kalbatarverdi oqlunun qardaşı Hüseynov Cəmil Kalbatarverdi oğlu ilə birlikdə əzimkar döyüş göstərərək Azərbaycana doğulduqu sadiq qaldıqı Qubadlıya heçbir xəsarət almadan qardaşı Hüseynov Cəmillə birlidə qəhraman olaraq döndülər.Bu günkü gündə nəvələrinə fəxr verə biləcək tarix mənə Hüseynov Cəlil adın soyadını bir ömür yaşadacaqıma görə minnətdaram.Arzum inşallah ümumilkdə Qarabaq torpaqlarının qələbəsini həmin yerlərdə keçirməkdi.İndi babamdan mənə qalan yuxarda gördüyünüz medal ve müharibə boyu istifadə etdiyi mexaniki qol saatidi.Ruhu şad olsun.

  1. i.nigar
    May 9, 2011 tarixində, saat 2:01 axşam

    Salam.DIGER MOVZULARINIZ KIMI BU MOVZUNUZDA COX MARAQLIDIR.INWALLAH IWGAL OLUNMUW TORPAGLARIMIZ TEZLIKLE AZAD OLUNAR.AMIN!!!VE BU BELEDE OLACAQ MARAQLI MOVZUYA GORE COX TEWEKKURLER SAG OLUN……….

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: