Əsas səhifə > Azərbaycan, BDRNK > “HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ” DEYƏNDƏ BİZ NƏYİ NƏZƏRDƏ TUTURUQ?

“HƏYAT FƏALİYYƏTİNİN TƏHLÜKƏSİZLİYİ” DEYƏNDƏ BİZ NƏYİ NƏZƏRDƏ TUTURUQ?

İnsanın həyat fəaliyyətindən irəli gələn təhlükələr

 

Həyat fəaliyyətinin son məqsədi təhlükəsizlikdir. Lakin nə qədər paradoksal olsa da, həyatdakı bir çox təhlükələrin mənbəyi elə insanın həyat fəaliyyətinin özüdür.

 

İnsan tərəfindən dəyişdirilən ətraf mühit insanın özü üçün təhlükələr yaradır. Bəzi təhlükələr isə elə müdafiənin özündən doğur. Sadə bir misal gətirək: cinayətkarın əlindən qaçıb-qurtarmağa çalışan insan öz qüvvəsini düzgün qiymətləndirməməsi nəticəsində ciddi zədə, hətta infarkt da ala bilər. İnsanın öz fəaliyyətindən doğan təhlükələr onun gündəlik qeyri-sağlam həyat tərzindən, o cümlədən zərərli vərdişlərindən də irəli gələ bilər.

 

Yaşadığımız dövrün xüsusiyyətləri bizim diqqətimizi insan tərəfindən dəyişdirilmiş ətraf mühitin yaratdığı yeni təhlükələrə yönəldir. Dünyada bu gün də böyük coşqu ilə müzakirə olunan nüvə silahı problemi buna əyani misaldır.

 

Yeni dövrdə təhlükəsizlik problemlərinin xüsusiyyətləri

 

Cəmiyyətin təhlükəsizlik problemləri – həm milli, həm də qlobal səviyyədə hər bir insanın fərdi təhlükəsizliyi üçün həyatı əhəmiyyət kəsb edir. Bunu konkret misalda göstərək. Ehtimal nəzəriyyəsinə görə, hər bir insanın ümumi təhlükəsizliyi (ÜT) onun fərdi təhlükəsizliyi (FT), milli təhlükəsizliyi və qlobal təhlükəsizliyinin (QT) hasilindən ibarətdir.

 

ÜT=FT x MT x QT

 

Tutaq ki, əhalisi yüz miliyon nəfər olan qeyri-sabit ölkədə hər hansı bir insan fərdi imkanları hesabına özünün şəxsi təhlükəsizliyinə tam təminat yaratmışdır (sağlam həyat tərzi, ekoloji təmiz qida, təbiət qoynunda yaşayış məkanı, güclü şəxsi mühafizə və s). Onun fərdi təhlükəsizliyini 1,00 (100 faiz) kimi qiymətləndirək. Ölkədə hökm sürən qeyri-sabit vəziyyətə görə milli təhlükəsizliyi 0,7 əmsalı ilə (70 faiz – bu özü də kifayət qədər yüksək göstəricidir) müəyyən edək. Və nəhayət, ölkənin qlobal təhlükələrdən (təbii fəlakətlər, qonşu dövlətlərlə gərgin münasibətlər və s) heç vaxt sığortalanmadığını nəzərə alaraq ona da 0,7 (70 faiz) qiymətini verək.

 

ÜT=FT x MT x QT=1,00 x 0,7 x 0,7 = 0,49 (49 faiz)!!!

 

Alınan nəticə göstərir ki, öz şəxsi təhlükəsizliyini 100 faiz sığortalamış şəxsin ümumi təhlükəsizliyi yalnız 50 faizlikdir. Bu isə o deməkdir ki, milli təhlükəsizlik (Çernobıl faciəsi, terror aktları) və qlobal təhlükəsizlik (Nüvə müharibəsi, qlobal istiləşmə) məsələləri həll olunmayınca ümumi təhlükəsizlik, fərdi təhlükəsizliyin səviyyəsindən asılı olmayaraq, həmişə arzu olunan səviyyədən aşağı olacaqdır. Məsələn: öz ölkələrindəki təhlükədən qaçaraq ABŞ-da sığınacaq tapmış bəzi emiqrantlar 2001-ci il sentyabr ayının 11-də Ümumdünya Ticarət Mərkəzində baş vermiş terror aktının qurbanı oldular.

 

Məhz buna görə, hər bir insan tək öz təhlükəsizliyində deyil, həm də qlobal və milli təhlükəsizliyin təmin olunmasında maraqlı olmalıdır.

 

Maraqların kompromisi

 

Təhlükəsizlik problemlərini öyrənərkən şəxsiyyətin, cəmiyyətin və onun müxtəlif təbəqələrinin, dövlətin və ümumilikdə bəşəriyyətin maraqları arasında olan ziddiyyətlərə toxunmamaq mümkün deyil. Həyatda bu subyektlərin hər birinin öz marağı var. Lakin maraqlarını reallaşdırma səviyyəsi tək onlardan deyil, həm də digər subyektlərin atdığı addımlardan asılıdır. Məqsədinə nail olmaq istəyən subyekt öz əməllərini əlaqədə olduğu digər subyektlərlə razılaşdırır, bir sıra hallarda onlarla birbaşa ziddiyyətə girməmək üçün bəzi maraqlarından könüllü olaraq imtina edir. Burada kompromis öz əksini başqaları ilə razılaşmaqda və öz maraqlarına imtina etməkdə tapmışdır. Müasir həyatda da dayanıqlı inkişaf yalnız müxtəlif sivilizasiyalar və xalqlar, dövlət və biznes, “yaşlılar” və “vətənpərvərlər”, “ekoloqlar” və “təsərrüfatçılar”, “qlobalistlər” və “antiqlobalistlər” arasında kompromis hesabına reallaşa bilər. Əks halda, konfliktin həlli mümkün deyil – müxtəlif subyektlərin üst-üstə düşməyən maraqlarının eyni zamanda həllini təmin edən standart üsul ümumiyyətlə mövcud deyil. Lakin elə hallar da var ki, tərəflər arasında kompromislərin tapılması prinsipcə mümkün olur. Qarşılarında ümumi məqsəd duran, lakin özləri tamamilə müxtəlif olan subyektləri “bir qayıqda üzən səyahətçilər”ə oxşadırlar. Çünki səyahətçilər nə qədər müxtəlif olsalar da, onları bir ümumi məqsəd – qarşıdakı sahilə çatmaq məqsədi birləşdirir. Qayıq birdir və ümumi işin uğuru hər bir səyahətçinin səylərindən asılıdır. Deməli kompromis üçün əsas yaranır.

 

İnsanın və cəmiyyətin maraqları arasında kompromis əsrlər boyu formalaşmış və öz əksini milli mənəviyyat və əxlaq normalarında tapmışdır ki, bu da cəmiyyətin özülünü təşkil edir. Dövlətin yaranması zamanı maraqların kompromisi dövlətin qanunları şəklində tərtib olunur və bu qanunlara riayət olunması dövlətin hər bir vətəndaşı üçün vacib sayılır.

 

Yekun

 

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında qorunub-saxlanan ən qiymətli dəyərlərdən biri cəmiyyətdaxili sabitlik və əmin-amanlıqdır. Bu dəyər ölkəmizdə əhalinin həyat fəaliyyətininin təhlükəsizliyinin təmin olunmasının əsas təməl daşlarından biridir. Fövqəladə hallar orqanları əməkdaşlarının bu nailiyyətdə özünəməxsus payları var və onlar bununla qürur duyurlar.

  1. ulviyye
    Mart 7, 2011 tarixində, saat 8:39 səhər

    yazilanlarin hamisi ile tam raziyam tesekkurler

  2. Nigar
    Mart 7, 2011 tarixində, saat 9:02 səhər

    Evvala salam.Ve elbetteki deyilenler ile raziyam her halda insanlar ozleri telukesizliklerini qorumalidirlar here ozunu cavabdehdir helelik bu qeder nece deyerler helelikse helelik………………………………………………………………………………..

  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: