Əsas səhifə > Azərbaycan, BDRNK > Əməliyyat sistemləri

Əməliyyat sistemləri

Əməliyyat sistemi (en. Operating System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir.

Kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir.

Əməliyyat sistemi kompüter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabit yaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.

Funksiyaları

Əsas funksiyalar:
Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilmasi
Kompüterin əməli yaddaşının idarə edilməsi
Kompüterin sabit yaddaşının idarə edilməsi
İstifadəçi ilə kompüter arasında qarşılıqlı əlaqənin yaradılması

Əlavə funksiyalar:
Bir neçə əməliyyatın parallel olaraq yerinə yetirilməsi
Proseslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması
Kompyuterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə)
Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması
Qoşulmaların idarə edilməsi
Əməliyyat sistemlərinin təsnifatı

Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:
sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;
interfeysin tipinə görə: əmrli və obyektyönlü;
informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.

Şəbəkə ƏS-ləri əksər hallarda şəbəkə üçün nəzərdə tutulmuş, olduqca güclü bir və ya daha çox kompüter-serverlərdə quraşdırılır. Digər ƏS-ləri lokal sayılır və ixtiyari kompüterdə, həmçinin şəbəkəyə işçi stansiya və ya klient kimi qoşulmuş kompüterlərdə də istifadə oluna bilər.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: