Əsas səhifə > Azərbaycan, BDRNK > Poçt rabitəsi tarixi

Poçt rabitəsi tarixi

Orta əsrlərdə Azərbaycanda yazılı məlumatların qasidlər vasitəsi ilə ötürülməsi qədim zamanlardan bəri mövcuddur. Lakin poçt rabitəsinin nizamlı dövrü 1501-ci ilə təsadüf edir. Həmin ildə Azərbaycan Səfəvilər dövlətinin başçısı, görkəmli sərkərdə Şah İsmayıl Xətai ölkəni iqtisadi cəhətdən inkişaf etdirmək, onun ərazisini yadelli işğalçılardan qorumaq, həmçinin möhkəm dövlət idarəetmə sistemini yaratmaq məqsədilə ölkənin ucqar əyalətlərindən və xarici ölkələrdən məlumatlar toplamaq üçün müntəzəm fəaliyyət göstərən poçt rabitəsi yaratmışdı.

XIX əsrdə Azərbaycanda müasir formada poçtun yaranması XIX əsrin 1-ci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılmışdır. 1818-ci ilin iyun ayının 1-də Azərbaycan ərazisində ilk poçt rabitəsi yaradılmışdır. 1826-cı ildə Bakıda, 1828-ci il martın 12-də isə Naxçıvanda poçt ekspedisiyası təşkil edilmişdir.

Rusiya ilə Zaqafqaziyanın ticarət əlaqələrini inkişaf etdirmək üçün 15 iyun 1830-cu ildə Şamaxı və Şuşa şəhərlərində 1-ci dərəcəli poçt kontorları yaradılmışdır. Bununla da 1830-cu ildə Azərbaycan ərazisində-Şuşada, Şamaxıda, Bakıda və Naxçıvanda 1-ci dərəcəli, Gəncə və Qubada isə 2-ci dərəcəli poçt kontorları meydana gəlmişdir.

Azərbaycanda poçtun dəmiryol nəqliyyatı ilə daşınması 9 may 1883-cü ildə Bakı-Tiflis, 1900-cü ildə isə Bakı-Dərbənd arasında başlamışdır. 1861-ci ildə ilk dəfə olaraq Xəzər dənizi ilə Qafqazın və İranın Rəşt və Astarabad limanları arasında dəniz poçt mübadiləsi yaranmışdır. 1863-1872-ci illərdə İran tranzit ticarətinin müdafiəsi məqsədilə Tiflis və Culfa arasında poçt rabitəsi yaradılmışdır. Culfada poçt şöbəsi yaradılaraq İranla Azərbaycan arasında ilk beynəlxalq məktub korrespondensiyası mübadiləsi təsis edilmişdir.

XX əsrdə 28 may 1918-ci ildə Azərbaycan Demokratik Respublikası öz müstəqilliyini elan edərkən 6 oktyabr 1918-ci ildə hökumətin tərkibində Poçt və Teleqraf Nazirliyi yaradılmışdır.

15 mart 1919-ci ildə Azərbaycanla Gürcüstan arasında poçt korrespondiyası, pul baratları, qiymətli məktubların və bağlamaların mübadiləsi təşkil edildi. 1920-ci ilin aprelin 6-da isə Azərbaycanla İran arasında poçt-teleqraf əlaqələri yaradılmışdır. Keçən əsrin 20-ci illərindən başlayaraq Azərbaycanda poçtun dinamik inkişafı başlamış və 1913-cü ilə nisbətən göstəricilər xeyli artırılmışdır. Belə ki, 1913-cü ildə əgər rabitə müəssisələrinin sayı 19, qəbul edilmiş məktubların sayı 3 milyon idisə, 1920-ci ildə rabitə müəssisələrinin sayı 59-a, məktubların sayı isə 5 milyona çatdırılmışdır.

Azərbaycanın poçt markaları

1920-ci ilə nisbətən 1928-ci ildə poçt rabitəsi müəssisələrinin sayı 1,95 dəfə və ya 95%, poçt qutularının sayı 2,33 dəfə və ya 233%, bağlama mübadiləsi 17,3 dəfə, pul baratlarının miqdarı 4 dəfə, qəzet və jurnalların miqdarı 125%, məktubların sayı 2 dəfə və ya 200%-dən çox artmışdır.

II Dünya müharibəsi ərəfəsində respublikada iqtisadiyyatın və mədəniyyətin inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması poçt xidmətlərinə olan tələbatı daha da artırmışdır. Bu dövrdə 1920-ci ilə nisbətən poçt rabitəsi şəbəkələrinin sayı 9 dəfə artaraq 524-ə çatdırılmışdır. Poçt müəssisələrinin 402 ədədi və ya 76,7% kənddə yerləşirdi.

Poçt marşrutlarının məsafəsi 1940-cı ildə 2,6 dəfə artaraq 6767 km. təşkil etmişdir. Əgər 1920-ci ildə poçt yalnız at arabası nəqliyyatı ilə daşınırdısa, 1940-cı ildə avtomobil nəqliyyatı ilə poçtun daşınması 1884 km. təşkil etmişdir.

1945-ci ildə Bakıda Beynəlxalq Poçt Ekspedisiyası təşkil edildi. Bu tədbir beynəlxalq bağlama korrespondensiyasının hərəkətinə, qorunub saxlanılmasına və yaxşı nəzarət edilməsinə imkan yaratmışdır. Magistral aviareyslərlə poçtun daşınmasının uzunluğu 2078 km., respublika daxili aviareyslərlə 1042 km. təşkil edirdi.

1945-ci ilin sonunda respublikada poçtalyonların sayı 1687, onlardan 1449-u piyada, 238 atlı, o cümlədən müəssisələrə aid piyada 55 nəfər, atlı 1 nəfər, kolxozçu piyadaların sayı 1390 və atlıların sayı 237 nəfər təşkil edirdi.
1940-cı ilə nisbətən 1950-ci ildə poçt mübadiləsinin həcmi məktub korrespondensiyası üzrə 140%, bağlama 80%, barat 237%, qəzet və jurnal 80%, poçt qutularının sayı isə 3000 ədədə qədər yüksəlmişdir.

1955-ci ildə ildə poçt marşrutlarının uzunluğu 8668 km təşkil edirdi. Poçt nəqliyyat məsafəsi 5906,4 min km., o cümlədən avtomobil 2967 km., at-araba 2939,4 min km. təşkil edirdi. Aviareyslər üzrə daşınma həcmi 736,1 ton, dəniz yolu üzrə 4212 ton təşkil edirdi. Dəmir yol nəqliyyatı üzrə məsafə 152,5 km. təşkil edirdi.
1970-ci ildə 1940-cı ilə nisbətən respublikada rabitə müəssisələrinin sayı 3 dəfə artaraq 1590-ə, o cümlədən kənd yerlərində 1171-ə, məktub korrespondensiyasının sayı 3 dəfə artaraq 75 mln. təşkil etmiş, bağlamalar 2 dəfə, qəzet və jurnallar 6,5 dəfə, poçt marşrutlarının məsafəsi 3 dəfə artaraq 20023 km., avtomobil marşrutlarının sayı 9 dəfə artaraq 1705 min km. təşkil etmişdir, bu isə 2 dəfə at-araba nəqliyyat marşrutunun azalmasına səbəb olmuşdur.

XX əsrin sonunda keçmiş SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilmişdir. Respublikada poçt və elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi “Azərpoçt” İstehsalat Birliyi tərəfindən həyata keçirilməyə başlamışdır. “Azərpoçt” İstehsalat Birliyinin sələfi olan “Azərpoçt” Dövlət Müəssisəsi isə Azərbaycan Respublikası Rabitə Nazirliyinin 23.09.1999-cu il tarixli 151 saylı “Poçt rabitəsi sahəsində islahatların davamı və strukturun təkmilləşdirilməsi haqqında” əmri ilə yaradılmışdır. Müəssisə, “Azərpoçt” İstehsalat Birliyinin bazasında yaradılımış və onun hüquqi varisidir.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: