Əsas səhifə > IKT, Rabite Nazirliyi > İnformasiya texnologiyalarının yaranma tarixi

İnformasiya texnologiyalarının yaranma tarixi

Cəmiyyətin formalaşması minilliklər boyu davam etmiş, müxtəlif ictimai formasiyalar bir-birini əvəz edərək eramızın III minilliyində şahidi olduğumuz səviyyəyə çatmışdır.

Hələlik XX əsr cəmiyyətin ən sürətlə inkişaf etdiyi dövr hesab olunsa da, XXI əsrin ilk illəri bu sürətin daha da artdığını göstərir.

Qeyd edək ki, insan cəmiyyətinin formalaşmasında və sürətlə inkişaf etməsində ən mühüm amillərdən biri də informasiya texnologiyalarıdır.

Məlumdur ki, insan cəmiyyəti formalaşarkən informasiyanın ötürülməsi prosesləri müxtəlif vasitələrlə həyata keçirilmiş, qəbilələr, tayfalar və digər qruplar arasında rabitə yaradılmışdır. Ən qədim dövrlərdə insanlar hündürlükdə tonqal yandırmaqla, çaparlarla, göyərçinlərlə və s. ilə informasiya ötürülməsi prosesini təmin edə bilmişlər. Lakin zaman ötdükcə, insan zəkası inkişaf etdikcə daha mütərəqqi üsullara olan ehtiyac da artır və informasiya texnologiyalarının yaranması üçün labüd şərait yaranırdı.

Bəs informasiya texnologiyalarının yaranma tarixi nə vaxtdan başlayır?

Araşdırıcılar kompüter və informasiya texnologiyalarının yaranmasının ilk işartılarını XVII əsrin əvvəllərində – 1623-cü ildə Uilyam Şikkard tərəfindən 7 tərtibli ədədlər üzərində toplama və çıxma əməliyyatlarını aparmağa imkan verən “Hesablayıcı maşın”ın yaradılmasında görürlər.

Bu səs-küylü ixtiradan sonra – 1644-cü ildə Blez Paskal daha da təkmilləşdirilmiş “Hesablayıcı” yaratdı və bu maşın 5 tərtibli ədədlər üzərində riyazi əməliyyatlar aparmağa imkan verdi.

1668-ci ildə Semuel Morland maliyyə əməliyyatları aparmaq üçün istifadə olunan hesablayıcı yaratdı.

Vilhelm Qodfrid fon Leybnits tərəfindən layihələndirilən mexaniki hesablayıcı maşın toplama, çıxma və vurma əməliyyatlarının aparılmasına imkan verirdi.

Nəhayət, 1820-ci ildə Şarl De Kolmarın yaratdığı mexaniki hesablayıcı qurğu – ilk kalkulyator satışa buraxıldı və 90 ildən çox müddət ərzində istehsal olundu.

 

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: