Əsas səhifə > Qan Yaddaşımız > Laçın Rayonu Tarixi və İşğalı

Laçın Rayonu Tarixi və İşğalı

Azərbaycanın qədim və əsrarəngiz guşəsi olan Laçın rayonunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri cızmışdı. Qarabağla mənfur qonşularımız arasında mərdlik qalasıydı Laçın! Tarix boyu torpağımıza göz dikənlər buranı «Qarabağın qara qapısı» adlandınrdılar.Ulu öndərimiz Heydər Əliyev bu ərazinin tarixi, strateji əhəmiyyətini belə dəyərləndirirdi: «Azərbaycanın müstəqilliyi, ərazisinin qorunması nöqteyi nəzərindən Laçın rayonu çox böyük strateji əhəmiyyətə malikdir».Tarix boyu bu ölkənin övladları Azərbaycana olan hücumlara öz sinələrini sipər etmiş, Vətənimizin bütövlüyü naminə tarixi qəhrəmanlıq ənənələri yaratmışlar.Laçın qədim oğuz torpaqlarında Ermənistan adlı dövlət quranlara peşkəş edilmiş Zəngəzurun bir parçasıydı. Müstəqil inzibati bölgü kimi təsdiq olunana qədər Qarabağ xanlığı, Zəngəzur qəzasının tərkibində olan bu ərazinin gözəl bir guşəsində, 1924-cü ildə Laçın şəhərinin əsası qoyuldu. Yazıçı Tağı Şahbazi Simurq bu şəhərə yaxınlıqdakı Laçın dağının adını verdi.Laçın şəhəri 1930-cu ildən yeni təşkil edilən inzibati rayonun mərkəzi oldu. Bu dağlar şəhəri 120 kəndin, 60 minlik əhalinin güvənc yeri, iftixar ünvanı idi. Bu gün 86 yaşı tamam olan Laçın şəhəri dağ qartalma bənzəyirdi.Qol-qanad açıb bir qanadı Qankaha kəndinə, bir qanadı Həkəri çayına qədər uzanmışdı. Laçın camaatının alın təri, halal zəhməti ilə tikilmiş bu şəhər mənfur qonşularımıza göz dağı idi. Umümmilli liderimiz Heydər Əliyev 1969-cu ildə Respublikaya rəhbərliyə gələndən Laçın rayonunun iqtisadi-sosial inkişafı diqqət mərkəzində olmuşdur. 1971-ci ildə «Dağ rayonlarının iqtisadiyyatnı daha da yüksəltmək tədbirləri haqqında», eləcə də «Laçm rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətini daha da yaxşılaşdırmaq tədbirləri haqqında» respublika hökumətinin qəbul etdiyi qərarlar Laçın şəhərinin və kəndlərinin inkişafına böyük təkan verdi. Tezliklə Laçın şəhəri təbii qaz yanacağı ilə təchiz edildi. Bu Laçının nadir meşə ehtiyatlarının qorunmasında əvəzsiz rol oynadı. Ən ucqar dağ kəndlərinə rahat yol çəkildi, rayon mərkəzi ilə kəndləri arasında bütün istiqamətlərdə avtobus marşrutları açıldı. Şəhərdə müasir tipli kinoteatr, orta məktəb, avtovağzal, yaşayış evləri tikilib istifadəyə verildi. Geniş təhsil və səhiyyə şəbəkəsi yaradıldı.Bu gözəl dağ şəhəri ilə hər bir laçınlı fəxr edirdi. Bu şəhərin yaşıdları, bu şəhərin övladları xalqımız arasında onun obrazını yaratmışdılar.Ulu öndərimizin təşəbbüsü ilə 1974-cü ilin avqustun 6-da Azərbaycan KP MK bürosu «Laçın şəhərinin 50 illiyi haqqında» qərar qəbul etdi. Bu qərarı Laçın camaatı bu gün də böyük iftixar hissi ilə xatırlayır.Laçın dağlarında qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiət bir-birini tamamlayırdı. Cicimli, Güləbird, Soltanlar, Zeyvə kəndlərindəki tarixi abidələr bu torpaqlarda min illər boyu yaşayan xalqımızın bizə yadigar qoyduğu nişanələr idi. Laçının tarix-diyarşünaslıq muzeyi Laçının canlı səlnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi haqqında doğlun təsəvvür yaradırdı. Qurub-yaratmaq eşqi ilə yaşayan Laçın erməni faşizminin qurbanı oldu. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri öz havadarlarının köməyi ilə Laçını işğal etdi. Işğal nəticəsində Laçın şəhəri, Qayğı qəsəbəsi və 120 kənddə olan 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif müəssisəsi, 101 məktəb, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisə, 142 səhiyyə, 460 ticarət obyekti itirilmiş, ümumilikdə rayona 7,1 milyard ABŞ dolları həcmində ziyan dəymişdir.Hazırda Laçın rayonunun əhalisi respublikanın 59 rayon və şəhərində müvəqqəti məskunlaşmışdır. Rayonda 328 şəhid ailəsi, 225 nəfər əlil, 33 nəfər hər iki valideynini itirmiş uşaq vardır.Laçın camaatı Respublika rəhbərliyinin qayğısını daim hiss edir, möhtərəm prezidentimiz İlham Əliyevin Qarabağın azadlığı uğrunda apardığı böyük siyasi, hərbi, diplomatik fəaliyyəti dəstəkləyirlər. Bütün laçınlıları bu gün mənən yaşadan doğma toprpağa qayğısıa inam hissidir.Mənfur qonşularımız Laçında məskunlaşma siyasəti həyata keçirir, tarixi adlan dəyişdirir, qədim abidələri erməniləşdirirlər.86 illiyini qeyd etdiyimiz bu şəhəri erməniləşdirmək heç bir əxlaqa, beynəlxalq qanunlara sığmayan cinayətdir. Bu cinayətin mahiyyətini açmaq, Laçm şəhərinin Azərbaycanm ulu torpağı olduğunu dünyaya çatdırmaqda hər bir ziyalımızın, iş adamımızın fəaliyyətini böyük minnətdarlıq hissi ilə qarşılayırıq.

  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

%d bloqqer bunu bəyənir: