26 İyun – Silahlı Qüvvələr günü münasibətilə paytaxt Bakıda hərbi parad keçirildi

İyun 26, 2011 Bir şərh yazın

Paytaxtın «Azadlıq» meydanında keçirilən paradı Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qəbul edib. Paradı dövlət və hökumət rəsmiləri, qonaqlar, diplomatik korpusun təmsilçiləri, müharibə veteranları, istefada olan yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri də izləyiblər.

Paradın açılış mərasimində bildirilib ki, 6 min şəxsi heyət, 400-ə qədər hərbi texnika, Azərbaycanda istehsal olunmuş 60-a yaxın silah, 14 yerli istehsal olan texnika, 22 təyyarə çoxlu sayda helikopter, hərbi gəmilər iştirak edir.

Meydana gələn prezidentə müdafiə naziri, general-polkovnik Səfər Əbiyev qoşunların hazır olması barədə raport verib. Daha sonra Azərbaycanın Dövlət Himni oxunub, dövlət başçısı nitq söyləyib. Bunun ardınca parada start verilib.

Öncə tribunanın önündən Azərbaycanın dövlət bayrağı və Silahlı Qüvvələrin – Azərbaycan Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrinin döyüş bayraqları keçirilib.

Bu slaydşou üçün JavaScript lazımdır.

Bayraqların ardınca, hər birində 80 nəfər olmaqla, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin və Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin kursantları, Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələrini, Silahlı Qüvvələrin 5 ordu korpusunun hərbçiləri keçid edib.

Sonra xüsusi təqdimatla Azərbaycan Sülhməramlıları, Milli Qvardiya, Milli Təhlükəsizlik Nazirliyi, Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Qoşunları, Dövlət Sərhəd Xidməti və bu qurumun xüsusi təyinatlıları, Daxili İşlər Nazirliyi Daxili Qoşunların və Hərbi Dəniz Qüvvələrinin qara geyimli dəniz piyadaları keçiblər.

Müdafiə Nazirliyinin xüsusi təyinatlı qoşunları isə 4 “kolon” şəklində keçiblər. Şəxsi heyətin keçidinə Silahlı Qüvvələrin birləşmiş orkestri yekun vurub.

Daha sonra hərbi texnikanın keçidi başlayıb. Texnika keçidinin önündə üzərində PK markalı pulemyotla silahlanmış əsgərlərin olduğu motosiklet qrupu hərəkət edib. Üzəri açıq avtomobillərdə qoşun birləşmələrinin bayraqları aparılıb.

Sıra ardıcıllığı ilə paradda müxtəlif markalı – «Mercedes Benz», «Hummer», UAZ, «Land Rover Defender» kimi hərbi nəqliyyat vasitələri keçib. İlk dəfə olaraq paradda Azərbaycanın Türkiyədən aldığı müxtəlif model «Land Rover Defender» nəqliyyat vasitələri (üzərinə tank əleyhinə raketlər qurulmuş vəziyyətdə) və «Cobra» markalı zirehli transportyorlar da tribuna önündən keçib. Həmçinin Azərbaycan istehsalı olan «İstiqlal» snayper tüfəngi texnikaların üzərində nümayiş etdirilib.

Bundan başqa, müxtəlif nəqliyyat vasitələrinə qoşulmuş haubitsalar, reaktiv yaylım atəş sistemləri, həmçinin üzərində Azərbaycan Ordusunun pilotsuz təyyarələri və onların mobil komanda-idarəetmə aparatları (Azərbaycan istehsalı) keçid edib.

Paradda əsas diqqət cəlb edən Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) arsenalında olan zenit-raket kompleksləridir. Tribunanın önündən S-125 «Peçora», S-200, həmçinin ilk dəfə olaraq S-300 PMU2 «Favorit» kompleksləri, onun idarəetmə maşınları da keçib.

Azərbaycan artilleriyası da paradda keçid edib. Artilleriya “kolon”una müxtəlif çaplı haubitsalarla yanaşı, BM-21 «Qrad», İsrail istehsalı olan «Lynx LAR», «Lynx Extra», Ukraynadan alınmış «Toçka-U» taktiki raketləri, «Smerch» reaktiv yaylım atəş sistemləri daxildir.

Quru Qoşunlarının hərbi texnikası da paradda nizamla keçib. Öncə ordunun arsenalındakı modernləşdirilmiş BTR, BRDM transportyorları, daha sonra xüsusi təqdimatla Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının «Paramount Group» şirkəti ilə birgə istehsal etdiyi «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı transportyorlar keçid edib. Parada 6 ədəd «Marauder» və 6 ədəd «Matador» transportyoru çıxarılıb. Bu nəqliyyat vasitələrindən bir neçəsi yerli istehsal olan silahlarla silahlandırılıb. Hərbi texnika keçidinə BMP markalı piyadaların döyüş maşınları, özüyeriyən haubitsalar və “T-72” tankları yekun vurub.

Bundan sonra hərbi aviasiyanın nümunəvi uçuşları başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-25 markalı təyyarələri, Mi-8, modernləşdirilmiş olunmuş Mi-24, yeni alınmış Mi-35 helikopterləri, həmçinin Fövqəladə Hallar Nazirliyinin Mi-171 və Ka-32 markalı helikopterləri «Azadlıq» meydanının üzərindən uçub. Hərbi təyyarələr mürəkkəb aviaşouları yerinə yetiriblər.

Parada dənizdən Bakı buxtasına lövbər salmış hərbi gəmilər dəstək verib. 16 gəmidən ibarət qrupun mərkəzində HDQ-nin flaqmanı olan «Bakılı» freqatı dayanıb. Flaqmanı HDQ-nin tral, artilleriya və desant gəmiləri, həmçinin DSX Sahil Mühafizəsinin «Stenka» tipli hərbi gəmiləri və Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi müşayiət edib.

Silahlı Qüvvələr günü münasibətilə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci-nin bütün kişi məllim heyyəti başda Rektor Əliyev Ələmşah məllim olmaqla Tələbə Gənclər Təşkilatı-nın Sədri Xanım Aygün Qocayeva tərəfindən gördütünüz slide show -dakı konvertlərlə təbrik olunmuşdu.

Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci-ni bitirən Məhşurlar

İyun 21, 2011 1 şərh
  • Bu slaydşou üçün JavaScript lazımdır.

     Azərbaycan SSR Rabitə Naziri Axundov Bahadur Məmməd oğlu

  • Və nazir müavini Əhmədov Nadir Əli oğlu.

  • Tofiq Əzizov  -Nazirlər Kabinetinin birinci müavini, Milli Məclisin üzvü 

  • Tofiq Musayev  -Rabitə Nazirliyinin Həmkarlar Təşkilatının Sədri

  • Rəhim Dərafəlim -AzTV-nin baş mühəndisi

  • Memarlıq və İnşaat Universitetinin Tədris işləri üzrə prorektor Texnika elmlər namizədi, dosent – Fərhad Mövsüm oğlu Cəfərov 

Eurovision 2012 Azerbaijan

May 16, 2011 1 şərh

Azərbaycanın “Avroviziya 2011” mahnı müsabiqəsinin qalibləri Eldar və Nigar bu gün gecə saatlarında Bakıya qayıdıb. Azərbaycanın “Eurovision 2011″dəki qələbəsi mədəniyyət siyasətimizin qələbəsidir””Azərbaycanın “Eurovision 2011″dəki qələbəsi mədəniyyət siyasətimizin qələbəsidir”Bakının gələn il “Eurovision” paytaxtı olması faktı dünya azərbaycanlıları üçün bir şərəfdir
Biz İreli İctimai Birliyi və ATGTi olaraq hava limanında olmaqı özümüzə borc bildik.

1941-45-ci il Böyük Vətən Müharibəsi

May 9, 2011 1 şərh

1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbədən 66 il keçir. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 223-cü və 77-ci diviziyalar şərəfli döyüş yolu keçmişdir. 402-ci atıcı diviziyası Naxçıvanda formalaşaraq birbaşa cəbhəyə yola salınmışdı. 223-cü diviziya Macarıstan və Yuqoslaviyanın faşistlərdən təmizlənməsində böyük qəhrəmanlıqlar göstərmişdir. 416-cı diviziyanın əsgərləri isə Berlində ilk qələbə bayrağını qaldıranların sırasında olmuşlar. Bütövlükdə Rusiya, Ukrayna, Moldova və Belarusun, Baltikyanı respublikaların və Şərqi Avropanın faşist əsarətindən azad olunmasında, Alman faşizminə qarşı genişlənən müqavimət hərəkatının uğur qazanmasında azərbaycanlı oğul və qızlarımız mühüm rol oynamışlar.
Bu bir faktdır ki, Azərbaycanın neft-yanacaq potensialı olmasaydı, məşhur azərbaycanlı alim Yusif Məmmədəliyev yüksək oktanlı benzini kəşf etməsəydi “motorlar müharibəsi” kimi tarixə düşən ikinci dünya müharibəsində faşizm üzərində qələbə əldə edilə bilməzdi.
«Hitler faşizminə qarşı mübarizədə Azərbaycan xalqı qəhrəmanlıq, şücaət göstərmiş və tariximizə çox dəyərli səhifələr yazmışlar. Bu qəhrəmanlıq heç vaxt unudulmayacaq, daim xalqımızın qəlbində yaşayacaqdır».
Sonda öz sözlərimlə bitirmək istəyirəm.1941-45-ci il də Böyük Vətən Müharibəsi iştirakçılardan biri olan adını fəxrnən daşıdıqım babam Hüseynov Cəlil Kalbatarverdi oqlunun qardaşı Hüseynov Cəmil Kalbatarverdi oğlu ilə birlikdə əzimkar döyüş göstərərək Azərbaycana doğulduqu sadiq qaldıqı Qubadlıya heçbir xəsarət almadan qardaşı Hüseynov Cəmillə birlidə qəhraman olaraq döndülər.Bu günkü gündə nəvələrinə fəxr verə biləcək tarix mənə Hüseynov Cəlil adın soyadını bir ömür yaşadacaqıma görə minnətdaram.Arzum inşallah ümumilkdə Qarabaq torpaqlarının qələbəsini həmin yerlərdə keçirməkdi.İndi babamdan mənə qalan yuxarda gördüyünüz medal ve müharibə boyu istifadə etdiyi mexaniki qol saatidi.Ruhu şad olsun.

31 mart soyqırımı ,1918–1920-ci il hadisələri

Mart 29, 2011 Bir şərh yazın

1918–1920-ci il hadisələri, 31 mart soyqırımı

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir. Ətraflı…

Novruz

Mart 15, 2011 Bir şərh yazın

Novruz bayramı (Yeni Gün bayramı, Ərgənəgün Bayramı, Bahar bayramı; fars. نوروز – Noruz, özbək. Navruz, türkm. Nowruz, kürd. Newroz, qazax. Naurız, qırğız. Nooruz, türk. Nevruz, krımtatar. Navrez) — yazın gəlişini simvolizə edən qədim xalq bayramı. Novruz Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı azərbaycanlılar da baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırdılar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. Novruz həmçinin Bəhai təqvimində ilin ilk günüdür. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

Факультеты

Mart 2, 2011 1 şərh

Факультеты

Радиовещания ,радиосвязи и TV

Бухгалтерский учет и аудит

Экономика и управление промышленности и сферы услуг Ətraflı…