Əsas səhifə > Qan Yaddaşımız > Ağdərə Rayonu Tarixi və İşğalı

Ağdərə Rayonu Tarixi və İşğalı

İşğal tarixi 07.07.1993

Ağdərə rayonu 1930-cu ildə təşkil edilmişdir.Sahəsi 1705 kv.km əhalisi 44.4 min nəfər olmuşdur.İşğaldan əvvəl rayonda 2 şəhər tipli qəsəbə, 57 kənd var idi.Mərkəzi şəhər tipli Ağdərə qəsəbəsidir.

İşğaldan əvvəl:

62 klub;
51 kitabxana;
30 orta məktəb;
27 məktəbə qədər müəssisə;
7 xəstəxana;
1 texniki peşə məktəbi;

Hazırda Ağdərə rayonunun məcburi köçkünləri Azərbaycanının müxtəlif şəhər və rayonlarında məskunlaşmışdır.

Düşmən tapdağı altında qalmış ziyarətgah:
Ulduztəpə piri – rayon mərkəzindən 10 km aralı.

Səthi əsasən dağlıq, şərq hissəsi isə dü-zənliklərdən ibarətdir. Faydalı qazıntıları – Mehmana polimetal yatağı, əhəngdaşı və gipsdən ibarətdir. Mehmana yatağının filizlərinin tərkibində sink, qurğuşun və digər qiymətli metallar var. (Asan saflaşır, sənaye əhəmiyyətlidir). Əsas çayları Tərtər və Xaçındır. Tərtər çayı üzərində 1997-cı ildə Sərsəng su qovşağı yaradılmışdır.

Tərtər kompleksi həm elektrik enerjisi almaq, həm də suvarma məqsədilə qurulmuşdu. Anbarda suyun həcmi 560 min kub metr, ildə 125 milyon kilovat saat elektrik enerjisi verirdi və düzən Qarabağın və dağətəyi zonanın 120 min hektar torpaq sahəsinin suvarılması onunla təmin edilirdi. İşğaldan əvvəl 78 min hektar əkin sahəsi suvarılırdı. Rayon ərazisinin 75,59 min hektarı və yaxud 44 faizini meşələr tuturdu. Ağdərə Dağlıq Qarabağın mühüm kənd təsərrüfatı rayonlarından idi. İqtisadiyyatında üzümçülük, taxılçılıq, tütünçülük və heyvandarlıq əsas yer tuturdu (1988-ci il). Kənd təsərrüfatına yararlı torpaqlar 53324 hektar idi. Bunun 21189 hektarı əkin yeri, 5931 hektarı çoxillik bitkilər, 1892 hektarı biçənək, 22863 hektarı örüş idi. Suvarılan torpaqlar 15 min hektar idi. Əkin sahəsinin 9,7 min hektarı dənli-paxlalı bitkilər (buğda, arpa, qarğıdalı) və kartof, 11,3 min hektarı yem bitkiləri əkinləri idi. Rayonda üzümlüklər 3,4 min hektar sahəni tuturdu. Tərtər çayı dərəsi boyunca Azərbaycanın yuxarı və aşağı Qarabağını birləşdirən karvan və avtomobil yolları var idi. Memarlıq abidələrindən Vankulu kəndindəki məşhur Qanzasar alban məbədi, Xanabert qalası, Herabert qəsəbsində Hermuk qalası, kilsə, Kolatağ kəndində müqəddəs İako məbədi (635-ci il) var idi. Talış kəndi yaxınlığında, Urek məbədi (XII əsr), Tərtər çayının yuxan axarında məbəd (XIII əsr), Qasapert kəndində Hatəm Məlik qalası, Madagiz kəndində Yegiş Arakel məbədi (XII əsr) və qədim körpülər dağıdılıb. (Oradakı Qafqaz alban dinastiyaları və katolikoslarınm son istinadgahı olan məşhur Gəncəsar məbədinin əsası 1240-cı ildə Həsən Cəlal tərəfındən qoyulmuşdur. Sonuncu Gəncəsar alban məbədi 1837-ci ildən erməni katolikosluğuna tabe edilmişdir). İşğal edilmiş ərazidə 8036 hektar sanitariya-gigiyena və sağlamlaşdırma fiınksi-yalı meşələr mövcud idi ki, bunun 628 hektan şəhərətrafı yaşıllıq zonası, 7408 hektarı isə su təchizatı mənbələrinin sanitar mühafızə zonalarına aid meşələr idi. Rayonda 75059 hektar meşə sahələri var idi ki, bu da ərazinin 44%-ni təşkil edirdi. Ağdərə rayonunda, Tərtər çayı vadisində Şərq çinarı meşəliyi xüsusi olaraq qorunurdu. Ağdərə rayonunda zəngin faydalı qazıntı yataqları var idi: Qızılbulaq qazıntı yatağında 13,6 vahid sənaye ehtiyatı olan qızıl və 47,9 mil- yon ton mis, Mehmana yatağında sənaye ehtiyatları 37,3 milyon ton olan qurğuşun, 40,4 milyon ton olan sink, 100 milyon ton olan Dəmirli mis yatağı, Canyataq-Gülyataq qızıl yatağı vardı. Sənaye ehtiyatları 38080 min kub metr olan Ağdərə, 6423 min kub metr olan Şorbulaq-I, 2129 min kub metr olan Şorbulaq – II mişar daşı yatağı, 200 min kub metr olan Ağdərə gəc yatağı düşmənlərə qaldı.

 

About these ads
  1. Hələlik heç bir şərh yoxdur
  1. No trackbacks yet.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: